Azərbaycanın qadın şahmat millisi İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatında ikinci yeri tutub.
Offsideplus.az xəbər verir ki, finalda millimiz Beynəlxalq Şahmat Federasiyasının (FIDE) seçməsi ilə qarşılaşıb.
Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadən ibarət komanda ilk matçda 1:3, cavab görüşündə isə 1,5:2,5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yığmanın kapitanı İlahə Qədimova olub.



