Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə yığmasının üzvü Kamran Zeynalov odlu silahdan (tapança) 50 metrəyə atışın fərdi yarışında gümüş medal qazanıb.
Offsideplus.az xəbər verir ki, komanda yarışında isə iştirak edən yığmamız (Kamran Zeynalov, Yelena Taranova və Aybəniz Babayeva) Hannoverdə keçirilən Beynəlxalq turnirdə odlu silahdan (tapança) 50 metrəyə atışda bürünc medal qazanıblar.
Bu turnir 17-29 sentyabr 2023-cü ildə Perunun paytaxtı Lima şəhərində keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır. Yarışlar davam edir.