15-16 aprel tarixlərində Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirini cüdoçularımız ümumilikdə 1 gümüş və 5 bürünc medalla başa vurub.
Offsideplus.az xəbər verir ki, yarışın ikinci günündə oğlanların mübarizəsində İsmayıl Zamanov ( -90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıb. Ömər Rəcəbli ( -81 kq) və Əjdər Bağırov (-90 kq) isə turniri 5-ci yerdə tamamlayıb.
Qızların mübarizəsində isə Leyla Dəmirova (-48 kq) yarışı 5-ci yerdə başa vurub.
Qeyd edək ki, turnirin ilk günü Azərbaycan cüdoçuları 1 gümüş və 3 bürünc medal qazanıb.
15-16 aprel tarixlərində Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirini cüdoçularımız ümumilikdə 1 gümüş və 5 bürünc medalla başa vurub.