Futbolun İnkişaf Fondu və “Turan Tovuz” Futbol Klubunun təşkilatçılığı, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), BMT-nin Uşaq Fondu (UNICEF), Beynəlxalq Qızıl Xaç Komitəsininin Azərbaycandakı nümayəndəliyi və Avropa İttifaqının humanitar yardımının maliyyə dəstəyi ilə “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma Ayı” layihəsinin davamı olaraq, 3-6 aprel tarixlərində Tovuz rayonunun Ağdam, Əsrik-Cırdaxan və Qaralar kəndlərində növbəti tədbirlər təşkil edilib.
Offsideplus.az xəbər verir ki, 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar olaraq, partlayıcı sursatların təhlükəsinə dair uşaqların və böyüklərin məlumatlandırılması və bilik səviyyəsinin artırılması məqsədi ilə Tovuz şəhər stadionunda kütləvi futbol festivalı keçirilib.
Festivalda “Turan Tovuz” klubunun futbolçuları ilə 6-17 yaş aralıqlı 85 nəfər məktəblilər arasında əyləncəli futbol oyunları keçirilib. Daha sonra iştirak edən bütün uşaqlara “Turan Tovuz” futbol klubunun mövsümi biletləri hədiyyə edilib.