Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən dünya kuboku başa çatıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisi 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla tamamlayıb.

Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə qarşılaşıb. Rəqib qələbə qazandığından, Azərbaycan təmsilçisi ikinci yeri tutub.

Qeyd edək ki, yığmanın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Aslanlıdan öncə Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib olublar.