Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstan kubokunun qalibi olub.

Offsideplus.az xəbər verir ki, Abduləzimovanın çıxış etdiyi “Vaşaş” finalda “Bekeşçaba” ilə qarşılaşıb.

Rəqibini 3:2 (23:25, 25:14, 22:25, 25:19, 17:15) hesabı ilə üstələyən “Vaşaş” titula sahib çıxıb. Abduləzimova bu qarşılaşmada 14 xal qazanıb.

Qeyd edək ki, Abduləzimova 3-cü dəfə Macarıstan kubokunda qızıl medal əldə edib.