Kişi həndbolçulardan ibarət Azərbaycan çempionatında 13-cü və 14-cü turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, 13-cü turun oyunlarından əvvəl Türkiyədə baş vermiş zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
İlk görüşdə “İdman Akademiyası” “Bakı”nı 36:31 hesabı ilə məğlub edib. “Təhsil” RİOEUGİM-i böyük hesabla üstələyib – 55:29.
14-cü tur da favoritlərin qələbəsi ilə başa çatıb. “Təhsil” RİOEUGİM-ə qalib gəlib – 58:31. “İdman Akademiyası” isə “Bakı”nı məğlubiyyətə uğradıb – 39:25
Qeyd edək ki, turnir cədvəlində “İdman Akademiyası” 27 xalla liderliyi davam etdirir. Hərəyə 21 xalı olan “Məhsul” və “Təhsil” komandaları ikinci-üçüncü yerləri bölüşür. “Dinamo” 12 xalla 4-cüdür. RİOEUGİM və “U-16”-nın hərəyə 3 xalı var. “Bakı” 1 xalla son pillədə yer alıb.