Bakıda həndbol üzrə kişi komandalar arasında Avro-2026-nın ilkin seçmə mərhələsi davam edir. 

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisi bu gün sonuncu-3-cü turda Kipr millisi ilə üz-üzə gələcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

 Qrupun digər oyunu Böyük Britaniya və Malta komandaları arasında olacaq. Bu görüş isə saat 12:45-də başlayacaq.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan millisi Maltadan üstün olub (34:25), Böyük Britaniyaya məğlub olub (22:39). Kiprlilər  isə Maltaya qalib gəlib (47:26), britaniyalılarla bərabərə qalıb (25:25).