İdmançılarımız Belarusda keçiriləcək II MDB Oyunlarında iştirak edəcəklər.

Offsideplus.az xəbər verir ki, Oyunlar 2023-cü il avqustun 4-14-də Belarusun 11 şəhərində keçiriləcək. İdmançıların 20 idman növü üzrə mübarizə aparacağı gözlənilir.

MDB üzvü olmayan dövlətlərin komandalarının da oyunlara dəvət olunması razılaşdırılıb. Belə ki, Monqolustan, Çin, Kuba, İran, Oman və Səudiyyə Ərəbistanının yarışlarda iştirakı planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan komandası 2021-ci ildə Kazandabkeçirilən I Oyunlarda çıxış edərək yekun medal sıralamasında dördüncü olub.