Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov növbəti dəfə təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, Braziliya və İran komandaları arasında keçiriləcək “Emirates Intercontinental Beach Soccer Cup 2022” turnirinin final matçını idarə edəcək.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki qarşılaşma bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.