Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kuboku bu gün başa çatacaq.

Offsideplus.az xəbər verir ki, yarışın sonuncu günündə ilk olaraq üçüncü yer uğrunda görüşdə Türkiyə və Dünya yığması qarşılaşacaq. Bundan sonra Azərbaycan və İran milliləri qızıl medal uğrunda mübarizəyə start verəcək. 

Qeyd edək ki, Azərbaycan yığması B qrupunda, İran  isə A qrupunun qalibi kimi finala vəsiqə qazanıb.

6 noyabr

17:00 Türkiyə – Dünya yığması
18:30 Azərbaycan - İran