Həndbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, DÇ-nın Avropa zonası üzrə baş tutan oyunda birinci raunddan mübarizəyə başlayan Azərbaycan yığması Portuqaliya millisinin qonağı olub.

Paredes şəhərinin “Multiusos de Paredes” arenasında keçirilən matç 32:19 hesabı ilə Portuqaliya seçməsinin xeyrinə başa çatıb.

Qeyd edək ki, tərəflər arasında baş tutacaq ikinci oyunda sözügedən ölkədə oynanılacaq.