Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında finala çıxıb.

Offsideplus.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı finala gedən yolda yaponiyalı Ken Matsui ilə qarşılaşıb.

Rəqibinə 8:0 hesabı ilə qalib gələn idmançımız həlledici görüşə vəsiqə qazanıb.

Qeyd edək ki, Nihad Quluzadə dünya çempionatına 1/4 finaldan start verib. O, həmin mərhələdə Gürcüstanı təmsil edən Giorgi Toxadzeni 9:7 hesabı ilə məğlub etməyi bacarmışdı.