Azərbaycanın voleybol hakimi Eldar Zülfüqarov növbəti təyinatını alıb.

Offsideplus.az xəbər verir ki, o, oktyabrın 12-də Rumıniyanın Qalati şəhərində kişi voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının ikinci təsnifat mərhələnin matçını idarə edəcək.

"Arkada Qalati" və "Hebar Pzardzik" komandaları arasında baş tutacaq oyunda Zülfüqarov, sloveniyalı baş hakim Blaz Markeljin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma oktyabrın 12-də keçiriləcək.