“Zəfər Kuboku"nda 3-cü turun oyunları bu həftənin şənbə və bazar günləri baş tutacaq. 

Offsideplus.az xəbər verir ki, 10.09.2022-ci il tarixdə saat 21:00-da "Gənclər FM" – "Xocavənd" FK qarşılaşmasında qonaqlar qalib gəldiyi təqdirdə qrup ikinciliyinə yüksələ bilərlər.  

11.09.2022-ci il tarixdə saat 19:30-da baş tutacaq "Çinar Zəngilan" – "Balaxanı" FK arasında keçiriləcək qarşılaşmada zəngilanlılarqrup ikinciliyini sığortalamağa, “qəsəbəlilər" isə növbəti 3 xalı əldə etməklə qrup ikinciliyinə yüksəlməyə çalışacaqlar.

11.09.2022-ci il saat 21:00-da baş tutacaq "Atletik Bakı" - "Topçular" FK qarşılaşmasında isə qalibiyyət qonaq komandanın qrup liderliyini möhkəmlətməklə onları “Zəfər Kuboku”na bir addım daha yaxın edəcək. 

Nəzərinizə çatdıraq ki, oyunlar "Şəfa stadionu"nun 4-cü meydanında həftənin şənbə və bazar günləri axşam saatlarında baş tutur. Giriş pulsuzdur.