ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Grand Çes Tur” seriyasının həlledici yarışı davam edir.

Offsideplus.az xəbər verir ki, qrosmeysterimiz Şəhriyar Məmmədyarov 4-cü turda norveçli Maqnus Karlsen ilə qarşılaşmalı olsa da, görüş baş tutmayıb. Buna səbəb 5 qat dünya çempionun təmsilçimizlə oyundan öncə turnirdən imtina etməsi olub.  

Qeyd edək ki, 3 turdan sonra Şəhriyar Məmmədyarov 1 xal toplayıb. Sentyabrın 12-dək davam edəcək "Sinkfild kubok"u yarışının ümumi mükafat fondu 350 min dollardır. Qalib qrosmeyster 100 min dollar əldə edəcək.

e377ebdf 5349 4bae 908f 593cac55f903