Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının İranın Yazd şəhərində təlim-məşq toplanışı başlayıb.

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, avqustun 26-dək davam edəcək hazırlıq prosesində komanda üç yoldaşlıq oyunu keçirəcək. Yığma komanda biri bu gün olmaqla 24 və 25 avqust tarixlərində İran seçməsi ilə daha iki yoldaşlıq oyununda üz-üzə gələcək. 
 
Toplanışda iştirak edən futbolçuların siyahısını diqqətinizə çatdırırıq: 
 
Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov
 
Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Amid Nəzərov
Orxan Məmmədov
Fuad Hüseynov
Emin Mehdiyev
Kamil Hüseynov
Bayram Paşazadə
İsa Zeynalli
Hüseyn Axundov
Sabir Allahquliyev
Tural Qurbatov
Ramil Əliyev