Futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov karyerasını “Neftçi” İK-da davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

EKOL komandası fəaliyyətini dayandırdıqdan sonra klubsuz qalan qolkiper “Neftçi” İK ilə anlaşıb. Müqavilə 2022-23-cü il mövsümünün sonuna qədər nəzərdə tutulub.