Futzal üzrə Azərbaycan milli komandasının avqustun 9-dan 20-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Offsideplus.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığma komanda hazırlıq çərçivəsində avqustun 17-də və 19-da Bakı İdman Sarayında Türkmənistan millisi ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki matç saat 18:00-da start götürəcək. Baş məşqçi Joze Alesio Da Silvanın hazırlıq prosesinə dəvət etdiyi futzalçıların siyahısını diqqətinizə çatdırırıq:
Qapıçılar: Emin Kürdov (klubsuz), Azər Fərmanov (Araz-Naxçıvan), Zaur Sultanov (U-19)
Oyunçular: İsa Atayev, Xətai Bağırov (hər ikisi “Beşiktaş Gent”, Belçika), Oruc Baxşəlizadə, Nurlan Mehdizadə, Fərid Atakişiyev (hamısı "Neftçi" İK), Fuad Məmmədzadə, Novruz Kazıxanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Mikayıl Qiyasov (hamısı U-19), Murad Quluzadə ("Baku Fire").