Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda "Mingəçevir" futbol klubunun idarə heyətinin sədri Rövşən Əhmədov və sədr müavini Ruslan Həmidov ilə görüş keçirilib.

Offsideplus.az xəbər verir ki, görüşdə 2022/2023-cü illər mövsümündən etibarən I Divizionda iştirak edəcək "Mingəçevir" FK-nın infrastrukturuna və görülən işlərə baxış keçirilib.

Görüş zamanı kluba sponsorların cəlb olunması və dayanıqlı maliyyə mənbəsinin yaradılması, bölgə əhalisinin bu prosesə cəlb olunması müzakirə olunub. Həmçinin, oyunların təşkili, azarkeşlər üçün oyun günü təcrübəsinin yüksəldilməsi ilə bağlı planlar müzakirə olunaraq təkliflər irəli sürülüb. Yaxın vaxtlarda fondun bu bölgədə aktiv fəaliyyəti nəzərdə tutulub.