Bu yaxınlarda futbolçu karyerasını bitirən Nicat Qurbanova vəzifə verilib.
Offsideplus.az xəbər verir ki, o, bundan sonra Futbolun İnkişaf Fondunda (FİF) çalışacaq.
Qurbanovdan sözügedən qurumda hansı vəzifəni icra edəcəyini soruşduq. Sabiq futbolçu saytımıza açıqlamasında FİF-in region üzrə nümayəndəsi kimi fəaliyyət göstərəcəyini bildirdi: "FİF-də region üzrə nümayəndə kimi çalışacağam. Hələ ki 5 region var. Bunlardan Gəncə, Tovuz və Mingəçevir üzrə nümayəndə mənəm. Ümumiyətlə, FiF-in məqsədi klublara dayanıqlı maliyyə tapmaqda köməklik göstərməkdir. Hazırda Tovuzda "100k" lahiyəsi üzrə fəaliyyət göstəririk. Bugünlərdə Tovuzda tədbirimiz də baş tutdu. Lahiyəni ictimaiyyətə təqdim etdik".
Qeyd edək ki, Nicat Qurbanov karyerası ərzində "Simurq", AZAL, "Neftçi", "Sumqayıt", "Zirə", "Kəpəz", Gürcüstan "Samtrediya"sı kimi klubların formasını geyinib. O, son olaraq "Şamaxı"nın heyətində top qovub. Sabiq futbolçu Azərbaycanın U-17 və U-19 millilərində də oynayıb.
Daşqın Əziz