Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, vitse-prezident Rəmiş Malıyev tutduğu vəzifədən və İcraiyyə Komitəsinin üzvlüyündən azad olunması barədə müraciət edib.
Elşən Abasov və Rövşən Mirzəyev AFF-nin İcraiyyə Komitəsinin üzvü seçilib. E. Abasov həm də federasiyanın vitse-prezidenti vəzifəsinə təyin edilib.