Azərbaycan - Bolqarıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə iyunun 5-də Bakıda Gənclərin idman festivalı keçiriləcək.

Offsideplus.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı İdman Sarayında təşkil ediləcək festivalda akrobatika gimnastikası, güləş, kapoeyra və breyk-dans növlərində idmançılar mübarizə aparacaqlar. 

Tədbirdə Azərbaycan və Bolqarıstan idmançıları, idman ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər. Saat 15.00-da başlanacaq festivalın sonunda mükafatlandırma mərasimi keçiriləcək.

Festivala qatılacaq Bolqarıstan nümayəndə heyəti Azərbaycana bu gün gəlib.