AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə təyinat alıb.
Offsideplus.az xəbər verir ki, o, Norveç və Sloveniya yığmaları arasında keçiriləcək Millətlər Liqasının qrup mərhələsinin III tur oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, noyabrın 9-da Oslodakı "Ullevaal” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.