"Hazırda AFFA-da növbədənkənar konfransın keçirilməsi gündəmdə deyil".

Offsideplus.az xəbər verir ki, bunu  AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla söyləyib.

"Rövnəq Abdullayev AFFA-nın prezidentidir. Onu bu vəzifəyə Konfrans seçir. 2020-ci ildə keçirilmiş son hesabat-seçki Konfransında Abdullayev daha 4 il müddətinə milli assosiasiya prezidenti seçilib", - deyə o bildirib.

Qeyd edək ki, Rövnəq Abdullayev fevralın 10-da SOCAR prezidenti vəzifəsindən azad edilərək, iqtisadiyyat nazirinin müavini təyin olunub. AFFA-nın son hesabat Konfransı fevralın 2-də keçirilib.

Mənbə: https://report.az