Triatlon üzrə yığma komandamızın idmançı Kseniya Levkovska karyerasını başa vurub.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı idmançı bu barədə federasiyaya açıqlamasında məlumat verib.

Levkovska idman karyerasının böyük mərhələsinin baş çatdığını deyib: “8 il Azərbaycanı dünya arenasında təmsil etdim və 100-dən çox yarışa qatıldım. Çox gözəl vaxt idi. Bu ölkəyə, insanlara göstərdikləri etimad və dəstəyə görə sonsuz minnətdaram. Azərbaycan Triatlon Federasiyasına təşəkkür edirəm. Bu, əvəzolunmaq təcrübə idi”.