13 dekabr, saat 12:00-da Bakı Olimpiya Stadionunda "İlin Qalibləri - 2021" mükafatlandırma mərasimi keçiriləcək.

Offsideplus.az xəbər verir ki, mərasimdə "İlin İdman Xadimi", "İlin İdmançısı", "İlin Futbolçusu", İlin Əcnəbi Futbolçusu", "İlin Məşqçisi", "İlin Komandası" və "İlin İdman Yarışı" nominasiyaları üzrə qaliblər təltif olunacaq.

Mükafatçı və qonaqlar qismində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, MOK-un vitse-prezidenti Xəzər İsayev, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov, "Neftçi"nin kapitanı Emin Mahmudov, deputatlar və digər rəsmi şəxslər olacaq.