Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin prezidenti seçkilərində iştirak edib.

Offsideplus.az xəbər verir ki, Avropa Olimpiya Komitəsinin (AOK) iyunun 10-da Afinada keçirilən 50-ci Baş Assambleyasında Yunanıstanın Milli Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos AOK-un prezidenti seçilib. O AOK tarixində 9-cu prezident olaraq növbəti 4 il ərzində öz səlahiyyətlərini icra edəcək.

MOK mətbuat xidmətinin məlumatlna görə, Azərbaycanı toplantıda Milli Olimpiya Komitəsinin nümayəndələri – MOK-un Baş katibinin müavini Azər Əliyev, Marketinq şöbəsinin müdiri Mehman Kərimov, Beynəlxalq şöbənin rəhbəri Anar Bağırov, eləcə də Avropa Gimnastika Federasiyasının prezidenti Fərid Qayıbov və Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov təmsil ediblər. 

AOK-un Baş Assambleyasının toplantısında qurumun digər orqanlarına da seçkilər keçirilib. AOK-un baş katibi vəzifəsinə Rafael Paqnozzi (İtaliya), vitse-prezidenti vəzifəsinə isə Daina Gudzineviciute (Litva) seçilib. 2021-2025-ci illər üçün AOK İcraiyyə Komitəsinə isə Jan Mişel Brun (Fransa), Annamari Felps (Böyük Britaniya), Berit Kyoll (Norveç), Hasan Arat (Türkiyə), Corce Visatski (Serbiya), Viktoriya Kabezas (İspaniya), Xose Manuel Arauxo (Portuqaliya), Mixay Kovaliu (Rumıniya), Zlatko Matesa (Xorvatiya), Kristina Vasilianov (Moldova), Liney Halldorsdottir (İslandiya) və Uşi Şmitz (Almaniya) seçilib. 

Azərbaycan Milli Olimpiya Komitəsi bütün seçilmiş idman funksionerlərini təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edir!

Mok 4

ghgheü copy