“Azadam! Şərti olsa da azadlıqdayam. İlk gündən deyirdim ki, günahsızam. Dayanmadan təkrarlayırdım ki, terrorçu deyiləm, olmamışam və heç vaxt olmayacam”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Palmali” Şirkətlər Qrupunun rəhbəri, "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimov deyib.

Keçən ilin martında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunan Mənsimov feysbuk səhifəsində fikirlərini açıqlayıb:

“Hər zaman sözümlə və əməlimlə dövlətimin yanında olmuşam və bundan sonra da olacam. Heç kim və heç nə məni bu yoldan döndərmək gücündə deyil. Bu günə qədər dəstək məktubları, zəngləri, mesajları, ən kiçik işi ilə belə yanımda olan hər kəsə təşəkkür etmək istəyirəm. Analar, bacılar, qardaşlar dostlarım! Hər birinizi bir daha tanıdım, hər birinizin süvgisini gördüm və hiss etdim. Əlbəttə, çox çətin və çox yorucu bir dövr yaşadıq. Gah sevindik, gah da kədərləndik. Gərgin anlarımız da oldu. Amma təki bütün çətinliklərin sonu gözəl olsun, İnşallah. Haqq qazansın, şər-böhtan deyil. Satqınları və xəyanətkarları isə Allaha tapşırıram. Dualarınız bizimlə olsun!”