FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı, "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimov məhkəmə nəzarəti altında sərbəst buraxıla bilər.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu Mənsimovun məhkəmə nəzarəti altında sərbəst buraxılmasını tələb edib.
Qeyd edək ki, M.Mənsimovun məhkəmə prosesi martın 5-də keçiriləcək.