Azərbaycan idmançıları 2020-ci il ərzində Olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda 60 qızıl, 46 gümüş, 86 bürünc olmaqla, ümumilikdə 192 medal qazanılıb.

Offsideplus.az xəbər verir ki, bu məlumat Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) illik hesabatında yer alıb.

Ötən il ərzində idmançılarımız müxtəlif idman növləri üzrə Avropa, dünya çempionatı və birinciliklərində, kubok yarışlarında, eləcə də müxtəlif beynəlxalq turnirlərdə, respublika çempionat, kubok və birinciliklərində iştirak edərək medallar qazanıblar.

Təsdiq edilən tədbirlər planına əsasən bu il respublikada fəaliyyət göstərən federasiyalarla birlikdə ölkəmizdə 64 respublika yarışları təşkil olunub, 12 beynəlxalq turnir keçirilib, 68 beynəlxalq yarışlarda yığma komandaların iştirakı təmin edilib. 

Eyni zamanda Tokio Yay Olimpiya Oyunlarında iştirak etmək üçün indiyədək 17 idmançı 13 lisenziya (atletika - 2, atıcılıq - 1, üzgüçülük - 1, güləş - 2, velosiped - 1, bədii gimnastika - 2, idman gimnastikası - 2, taekvondo - 1, boks - 1) əldə edib. Tokio Paralimpiya Oyunlarına isə 9 lisenziya qazanılıb.