Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2020-ci il ərzində 188 məsələ üzrə təhqiqat aparıb.

Offsideplus.az xəbər verir ki, bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli ilin yekunlarına dair onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təhqiqatların 142-si dopinq nəzarəti yoxlanışları, 24-ü məkan məlumatı xətası, 14-ü antidopinq qayda pozuntusu, 5-i güclü təsir edən maddələrin dövriyyəsinə, 3-ü isə idmançıya dəstək heyətinə aid məsələlərlə bağlıdır.

Təhqiqat üçün AMADA-ya daxil olan məlumatların 65 faizi qurumun elektron ünvanı vasitəsilə, 29 faizi rəsmi saytda anonim məlumat formasında, 6 faizi isə sosial şəbəkələr vasitəsilə əldə edilib.