“Mais Mənsimov hazırda Türkiyənin fəxri konsulu vəzifəsinin icrasını davam etdirir”.
Offsideplus.az xəbər verir ki, bu sözləri Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib.
FETO işinə görə saxlanılan “Palmali” Şirkətlər Qrupunun prezidenti, milyarder Mübariz Mənsimovun qardaşının bu vəzifəni icra etməsinə münasibət bildirən səfir bunda problem olduğunu düşünmür:
“Hər kəs törətdiyi cinayətə görə özü məsuliyyət daşıyır. Bu səbəbdən Mais Mənsimov hazırda öz vəsifəsinin icrasını davam etdirir. Zərurət yarandığı hallarda işlə əlaqədar Mais müəllimlə vaxtaşırı görüşürük. Mübariz Mənsimovun məhkəməsinə gəlincə isə onu demək istərdim ki, proses davam etdiyindən onun hansısa məsələdə cinayət törətməsi təsbit olunmayıb”.
Səfirliyin Mənsimovlar ailəsinin digər üzvləri ilə təmas qurub-qurmadığı sualımızı isə səfir belə cavablandırıb:
“Mənsimovlar ailəsi ilə rəsmi səviyyədə maraqlanmağımız üçün bu günə qədər heç bir səbəb olmayıb”.(konkret.az)