Kanadada 18-22 aprel tarixlərində keçirilməsi planlaşdırılan fiqurlu konkisürmə üzrə dünya çempionatı ləğv olunub.

Offsideplus.az Beynəlxalq Konkisürmə İttifaqının (ISU) rəsmi saytına istinadən xəbər verir ki, bu yarışla yanaşı, Seulda keçirilməsi nəzərdə tutulan şort-trek üzrə dünya birinciliyi və Leyk-Plesiddə planlaşdırılan sinxron konkisürmə üzrə dünya çempionatı da baş tutmayacaq.

Qeyd edək ki, Kanada hökuməti aprelin 11-də yarışın ləğvinə qərar versə də, ISU turnirin bu ilin oktyabrından əvvəl keçirilməsinin mümkünlüyünü açıqlamışdı.