Kanadanın Monreal şəhərində marafonun iştirakçılarından biri ölüb.

Hadisə bazar günü, 24 yaşlı Patrik Nilin yarımmarafon (21,1 kilometr) qaçışı zamanı baş verib. Finişə bir neçə kilometr qalmış onda ürəktutması baş verib.

Həkimlər hadisədən yeddi dəqiqə sonra ona ilk tibbi yardım göstərə biliblər. Patrik Nili xəstəxanaya çatdırılıb və orada ölüb.

Qeyd edilir ki, gənc əvvəllər səhhətində hər hansı problemdən şikayət etməyib. O, həmçinin marafon distansiyalarını da qaçıb.

Monrealda marafon sentyabrın 21-i və 22-də keçirilib. Marafonda təxminən 18 min insan iştirak edib.

Yarış 1979-cu ildən keçirilir.