Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) qaydalarda dəyişikliklər etməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, bununla bağlı qurumun iclası keçirilib.
İFAB, xüsusən də, penalti zərbələri ilə bağlı hazırkı qaydadan məmnun deyil. Qurum penaltinin bir zərbədən ibarət olmasının tərəfdarıdı. Qərar qüvvəyə minərsə, dönən topa zərbə vurmaq imkanı olmayacaq. Eyni ilə penaltilər seriyasındakı kimi. Zərbədən sonra top qapıçıdan və ya dirəkdən (tirdən) dönərsə, oyun avtomatik olaraq dayandırılacaq.
İclasda cərimə meydanı daxilində topa əllə müdaxilə ilə bağlı şərtlərin də ləğvinin müzakirəsi olub. Bundan başqa, 90 dəqiqənin tamamında matça əlavə edilmiş vaxtda komandaların əvəzləmə haqqı olmayacaq.
Qaydalardakı dəyişikliklərin İFAB-ın növbəti toplantısında rəsmən qüvvəyə minməsi gözlənilir.(matc.az)