Azərbaycanın aşağı yaş qruplarından ibarət liqalarında hakimləri təhqir edən məşqçilərə cəza verilib.

Offsideplus.az-ın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

U-15 Liqasında baş tutan “Zirə” – “Kəpəz” oyununda qonaq komandanın məşqçisi İlqar Hüseynov, qarşılaşmanın 76-cı dəqiqəsində köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alaraq 5 oyun cəzalandırılıb.

U-10 Liqasında “Ahmedoğlu” – “Muğan” oyununun 15-ci dəqiqəsində meydan sahiblərinin köməkçi məşqçisi Şəhruz Salmanov hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan uzaqlaşdırılıb. Bundan sonra, o, hakimi təhqir etməyə və hədə-qorxu gəlməyə davam etdiyinə görə 5 oyun cəzası alıb.