"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi sosial şəbəkə hesabında maraqlı yazı yazaraq azarkeşlərə xitab edib.

Offsideplus.az xəbər verir ki, argentinalı bunları yazıb:

"Bu axşam bir daha gözəl bir an yaşadıq və klubumuz üçün yeni bir tarixi nailiyyətə imza atdıq. Mövsüm boyunca bizə dəstək olan hər kəsə dərin təşəkkürümüzü bildiririk. Növbəti mərhələdə görüşənədək!".

Qeyd edək ki, Leo 2023-cü ilin yayından MLS təmsilçisinin uğurları üçün çalışır.