"Bayren" baş məşqçisi Vinsent Kompani komandanın forvardı Harri Keyn haqda maraqlı fikirlər səsləndirib.

Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, mütəxəssis bunları söyləyib:

"Düzünü desəm, onun qol vurub-vurmadığı barədə düşünməyə bir saniyə belə sərf etməmişəm. Onun hansı keyfiyyətlərə malik olduğunu bilirəm. O, həmişə acdır, hətta məşqdə belə. Bəzən Harrinin nə qədər çalışdığını unuduruq"

Qeyd edək ki, sözügedən hücumçu ötən mövsümdən etibarən "Bayren" şərəfini qoruyur.