Bu gün Azərbaycan 2-ci liqasında 8-ci tura starta verilib.

Offsideplus.az xəbər verir ki, ilk gün "Lerik" doğma meydanda "Qusar"la qarşılaşıb. Qonaqlar 2:0 hesabı ilə qalib gəliblər.

Oyun nəticəsi:

“Lerik” – “Qusar” - 0:2

Qollar: K.Qafarov (68, penalti), İ.Yarəliyev (88)

Digər görüşlər 23 və 24 oktyabr tarixlərində baş tutacaq.