Bu gün futbol üzrə Türkiyə Superkubokunun qalibi müəyyənləşəcək.

Offsideplus.az xəbər verir ki, Atatürk Olimpiya Stadionunda baş tutacaq qarşılaşmada Superliqanın qalibi "Qalatasaray"la ölkə kubokunu qazanan "Beşiktaş" üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 21:45-də start götürəcək görüşü baş hakim Atilla Karaoğlan idarə edəcək.