Azərbaycan U-21 millisinin üzvü Emil Mustafayevin yeni klubu bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Aleksandriya"dan ayrılan 21 yaşlı yarımmüdafiəçi karyerasını Ukraynanın digər komandası "Polesye"də davam etdirəcək. Klubun rəsmi saytının yaydığı məlumata görə, futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mustafayev 2021-ci ildən "Aleksandriya"da çıxış edirdi.