"Qalatasaray" rəhbərliyinin komandada qalması üçün çalışdığı Mauro İkardi haqqında sürpriz bir iddia səslənib.
Offsideplus.az məşhur insayder Fabritsio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl -Tavon" klubu müqavilə ilə PSJ-yə məxsus olan argentinalı forvard üçün təklif yollayacaq.
30 yaşlı hücumçu üçün Səudiyyə Ərəbistanın digər təmsilçilərinin də yarışa qoşula biləcəyi ehtimal olunur.
Qeyd edək ki, İkardi cari mövsüm Türkiyə çempionu olduğu "Qalatasaray"da bütövlükdə 26 oyun keçirib, 23 qol və 8 qol ötürməsi ilə yadda qalıb.
Fəqan İbrahimli