Azərbaycan millisinin üzvü Anton Krivotsyukun çıxış etdiyi "Tecan Xana Sitizen" klubu Cənubi Koreya çempionatında növbəti oyununa çıxıb.

 Offsideplus.az xəbər verir ki,sözügedən komanda K 1 liqasının 11-ci turu çərçivəsində səfərdə "Qvanju" ilə qarşılaşıb. Görüşdə hesab açılmayıb - 0:0.

Anton da bu matçın iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, "Tecan Xana Sitizen" 11 oyundan sonra 18 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.