Ukrayna Premyer Liqasında 20-ci turun oyunlarına yekun vurulub.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin çıxış etdiyi “Aleksandriya” da növbəti matçın keçirib.

Sözügedən kollektiv öz meydanında “Odessa” (Çernomorets) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşü heç-heçə ilə başa vurub – 1:1.

Mustafayev də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və ikinci hissənin əvvəlində əvəzlənib.

Qeyd edək ki, “Aleksandriya” (19 oyun) 32 xalla 16 iştirakçı arasında 5-ci pillədə yer alıb.