Braziliya yığmasının yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, bu vəzifəyə Ramon Menezes təyin edilib. Onun müvəqqəti olaraq yığmanı çalışdıracağı bildirilib. Mütəxəssis istefaya göndərilən Titeni əvəzləyib.

Qeyd edək ki, R.Menezes daha əvvəl Braziliyanın 20 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi olub.