Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” bu gün Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Zaqreb təmsilçisi 20-ci turda “İstra 1961”i qəbul edib. Oyun "Dinamo"nun 1:0 hesablı qələbsi ilə başa çatıb. Görüşdəki yeganə qolu 37-ci dəqiqədə Stefan Ristovski vurub.

Emreli bu oyunda meydana çıxmayıb. O, ehtiyat oyunçular arasında olub.

Qeyd edək ki, 20 oyundan 49 xalı olan “Dinamo” birinci, 27 xala malik “İstra 1961” isə 5-ci yeri tutur.