Xorvatiya çempionatında 19-cu turun oyunları keçirilir. 

Offsideplus.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) öz meydanında  "Lokomotiva" ilə qarşılaşıb. Oyun Zaqreb təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Dinamo"nun qollarını Stefan Rustovski (36-cı dəq.) və Martin Baturina (58) vurub.

Mahir də bu matçda iştirak edib. O, meydana 70-ci dəqiqədə Yosip Drmiçin əvəzinə çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, "Dinamo" hazırda turnir cədvəlində 45 xalla 1-ci pillədə yer alıb.