Belçikanın "Brügge" klubu Portuqaliya "Benfika"sının müdafiəçisi Yan Vertongenlə maraqlanır.

Offsideplus.az xəbər verir ki, avqustun 17-də “qartallar”ın Kiyev “Dinamo”su ilə oyununda (2:0) klub nümayəndələri iştirak ediblər. "Brügge" 35 yaşlı belçikalıya 2+1 şərti ilə müqavilə təklif etməyə hazırdır.

Qeyd edək ki, Vertongen ötən mövsüm “Benfika”nın heyətində 46 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.