Azərbaycan Ağır Atletika Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Offsideplus.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

 

Kənd təsərrüfatı naziri İnam Kərimov federasiyaya prezident seçilib.

Qeyd edək ki, İnam Kərimov bu postda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovu əvəz edib.